00:00:00
Yazar
Admin User
21.06.2025 19:22 97 2 dəq oxuma
Dünya

İranın üç qırıcısı məhv edilib

İranın üç qırıcısı məhv edilib

 

İsrail Müdafiə Qüvvələrinin (IDF) verdiyi məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın mərkəzi hissəsinə endirilən son hava zərbələri zamanı üç ədəd İran F-14 qırıcısını məhv edib.

 

IDF-in sözçüsü briqada generalı Effi Defrin bildirib ki, əməliyyatda təxminən 60 İsrail Hərbi Hava Qüvvələri (IAF) təyyarəsi iştirak edib. Qırıcıların havaya qalxmamışdan əvvəl, yerüstü vəziyyətdə hədəfə alındığı qeyd olunub.

 

Qeyd edək ki, bu F-14 qırıcıları İran İslam İnqilabından əvvəl, 1979-cu ildən əvvəl ABŞ tərəfindən İrana təhvil verilmişdi və hazırda istifadə olunan sonuncu belə təyyarələrdən sayılır. Keçən həftə isə Tehrana endirilən başqa bir hava hücumu zamanı daha iki F-14-ün məhv edildiyi bildirilib.

 

Rəsmi IDF açıqlamasında qeyd olunur ki, mərkəzi İranda yerləşən üç F-14 qırıcısı və onlarla əlaqəli hərbi infrastruktur hədəfə alınıb. Eyni zamanda, İranın cənub-qərbində yerləşən Əhvaz şəhəri yaxınlığında da genişmiqyaslı hava zərbələri həyata keçirilib. Burada raket qurğuları, radar sistemləri və digər strateji obyektlər vurulub. IDF-in məlumatına əsasən, hərbi kəşfiyyatın rəhbərliyi altında fəaliyyət göstərən təxminən 30 IAF döyüş təyyarəsi Əhvaz bölgəsində 50-dən çox sursatla onlarla hərbi hədəfi məhv edib.

 

İran tərəfi isə dövlət mediası vasitəsilə Əhvaz və Xuzistan vilayətinə daxil olan Məhşəhr liman şəhərində partlayışların baş verdiyini təsdiqləyib. Məlumata görə, hava hücumundan müdafiə sistemləri işə salınıb. Fars xəbər agentliyi hava məkanında təhlükə aşkarlanmasını bildirib, lakin tələfatla bağlı heç bir rəsmi açıqlama verilməyib.

 

ANEWZ

Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər