00:00:00
Yazar
Admin User
25.09.2025 17:12 105 2 dəq oxuma
Siyasət

"İranla danışıqlara hazırıq"

"İranla danışıqlara hazırıq"

ABŞ İranla danışıqlara hazırdır. Bunu ABŞ Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Minon Hyuston "Al Jazeera"ya müsahibəsində bildirib. Dövlət Departamentinin rəsmisi Avropa "üçlüyü"nün (Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı sanksiyaya qayıdışı (snapback) işə salma mexanizmini aktivləşdirmək üçün atdığı addımlara işarə edərək vurğulayıb: "Bu sanksiyalara baxmayaraq, biz hələ də danışıqlara hazırıq." Mütəxəssis İranın çətin vəziyyətdə olduğunu bildirərək qeyd edib ki, Tehrənlə danışıqlar daha çox uranın zənginləşdirilməsinin yoxlanılması və nüvə silahının olmamasının yoxlanılmasına yönələcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, İrana qarşı sanksiyalar yenidən qüvvədədir:

 

"2015-ci ildə Avropa ölkələri və ABŞ İranla nüvə sazişini imzalayıb. Tramp birinci prezidentliyi dövründə bu sazişdən çıxıb. Avropa ilə İran arasında dialoq imkanları yenidən sürətlə əvvəlki vəziyyəti alıb. İran uranın zənginləşdirilməsi planını aktivləşdirib. Bu da münasibətlərdə gərginliyin artmasına gətirib çıxarıb. Tramp ikinci prezidentliyi dövründə İranla danışıqların aparılmasının vacib olduğunu bildirib. İran və ABŞ nümayəndələri arasında 6 görüş baş tutub. İsrail və İran arasında 12 günlük müharibə bu danışıqları dayandırmış olub. İran bildirib ki, o, uranı dinc məqsədlər üçün zənginləşdirib. İran da dialoq mühitinin formalaşmasında maraqlı ola bilər. İran hazırda təcrid olunan vəziyyətdədir və bu məqsədlə dünyaya açılmaq istəyib. İran beynəlxalq təmaslarda fəaldır. Avropa ölkələri və ABŞ İranla danışıqları davam etdirmək niyyətində olsa, İran da buna müsbət yanaşacaqdır. ABŞ və İran arasında dialoqun yaranması regionda gərginliyi aradan qaldıra bilər. ABŞ-nin İrana münasibəti dəyişəcəyi təqdirdə onunla inkişaf münasibətləri yaradacaq. Kifayət qədər gərginliyin olduğu regionda ABŞ-nin iştirakı ilə bu proseslərin həyata keçirilməsi həmin bölgənin münaqişəyə meylini azalda bilər".

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər