İranlı nazir müavinindən ABŞ-a xəbərdarlıq
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Cenevrədə ABŞ-la görüşlər ərəfəsində açıqlama verərək bildirib ki, İran gərginliyin azaldılması üçün diplomatiyaya sadiqdir. O, eyni zamanda ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumağa hazır olduğunu, zərurət yaranarsa BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə ediləcəyini deyib.
BMT Baş katibi Antonio Quterreş isə beynəlxalq hüququn tez-tez pozulduğunu vurğulayıb. Onun sözlərinə görə, gücdən məsuliyyətsiz istifadə güvənsizliyi artırır və yeni silahlanma yarışlarına şərait yaradır.
CNN Türk
Mələk Hüseynova
