00:00:00
Yazar
Zəhra Həsənova
21.10.2026 20:53 8 2 dəq oxuma
Siyasət

İraq İranla sərhəd-keçid məntəqələrinin əksəriyyətini bağlayıb - ŞƏRH

İraq İranla sərhəd-keçid məntəqələrinin əksəriyyətini bağlayıb - ŞƏRH

İraq hökuməti İranın Səudiyyə Ərəbistanına qarşı hücumlarda iştirak etdiyinə dair dəlillər əldə etdiyini bildirərək İranla sərhəd-keçid məntəqələrinin əksəriyyətini bağlayıb. Qərar regionda təhlükəsizliklə bağlı gərginliyi artıran addım kimi diqqət çəkir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, İraq tərəfi Əş-Şab ərazisində İranla sərhədin bir hissəsinin bağlanmasını təhlükəsizlik tədbiri kimi əsaslandıraraq həm sərnişin, həm də kommersiya daşımalarına məhdudiyyət tətbiq edib.

 

“İraq-İran sərhədinin bir hissəsini Əş-Şab adlanan ərazidə sərhəd bağlanıb. İraq tərəfi bunu rəsmi olaraq təhlükəsizlik tədbiri kimi təqdim edir. Yəni, kontrabandanın keçirilməsini İraq ərazisində təhlükəli məqsədlər üçün istifadə olunacaq malların keçirilməsinin qarşısını almağa çalışır. Amma sərhəd həm sərnişinlər üçün, həm kommersiya məqsədli, yəni ticarət yükləri üçün nəqliyyat üçün bağlanıbdır”.

 

Ekspert qeyd edib ki, İraq tərəfi regionda özünün geosiyasi maraqlarını, yəni bu halda söhbət Amerika Birləşmiş Ştatlarından gedir, həyata keçirmək istəyən subyektin təsiri ilə bağlayıb sərhədi. Bunun birbaşa sübutu yoxdur. Amma ümumilikdə nəzərə alsaq ki, İraq bu addımı hansı geosiyasi təsir altında ata bilər, onda düşünürəm ki, sualın məntiqi cavabını tapa bilərik.
Çox güman ki, Amerika Birləşmiş Ştatlarının burada təzyiqi vardır. İraq istiqamətində sərhədin bağlanması İrana qarşı bu bir təzyiq aləti ola bilər. Çünki İran bildiyimiz kimi bazarlara çıxma imkanı, ümumiyyətlə ticarət əlaqələri qurma imkanları çox məhduddur. Amma İraq bu mənada İran üçün çox əhəmiyyətli idi. İraqla sərhədin bağlanması İran üçün  ciddi iqtisadi, ticarət itkisi sayıla bilər. 

 

Elşad Mirbəşiroğlunun sözlərinə görə, müxtəlif ölkələrin yanaşmaları müxtəlif ola bilər. Məsələn, İranla Türkiyə sərhədi də mövcuddur və İrana Türkiyə arasında ticarət əlaqələri kifayət qədər genişdir. İraq istiqamətində ticarət dövriyyəsi məhdudlaşarsa, bu Türkiyənin xeyrinə olacaqdır, yəni Türkiyə iqtisadiyyatı üçün əlavə divident gətirə bilər. Türkiyə iqtisadi əlaqələrini İraqla genişləndirə bilər.

 

Ekspert hesab edir ki, Səudiyyə Ərəbistanı bu məsələni fərqli kontekstdə nəzərdən keçirə bilər. Yəni öz təhlükəsizliyi baxımından bunu müsbət hal kimi qiymətləndirə bilər. Çünki, İraq ərazisinə də Səudiyyə Ərəbistanına zərbələr endirmək, yaxud da ki, təhlükəsizlik təhdidlər yaratmaq üçün hansısa qurğular və yaxud da ki, vasitəli vasitələr keçirilə bilərdi. Bu baxımdan bütövlükdə bu sərhədin bağlanması regiondakı geosiyasi gərginliyin davamı kimi nəzərdən keçirilə bilər. İrana qarşı Amerika Birləşmiş Ştatlarının təzyiq cəhdləri də ola bilər. Amma ümumilikdə bu hal bir daha nümayiş etdirir ki, yaxın şərqdə vəziyyət kifayət qədər gərgin olaraq, eyni zamanda təhlükəli olaraq qalmaqdadır.

Arzum Ağazadə

#azərbaycan #bağlayıb #yeni #i̇raq #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər