00:00:00
Yazar
Admin User
14.10.2025 09:11 136 1 dəq oxuma
Dünya

İrəvan daha bir Karapetyanı həbs edəcək

İrəvan daha bir Karapetyanı həbs edəcək

Ermənistanın keçmiş baş naziri Karen Karapetyana qarşı cinayət təqibinin başlanması məsələsi hakim Mülki Müqavilə Partiyasının ən yüksək dairələrində müzakirə olunur.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

“Partiya 2026-cı ildə keçiriləcək parlament seçkisində hökumət başçısı postuna namizəd olan və həbs edilən oliqarx Samvel Karapetyanın yaratdığı “Bizim yol” xalq hərəkatına sabiq baş nazirin başçılıq edəcəyi barədə məlumat aldığı üçün bu addımı atmaq niyyətindədir”, - məlumatda deyilib. Qeyd edək ki, Karen Karapetyan Serj Sərkisyanın prezidentliyi dövründə Ermənistanın baş naziri olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər