İrəvanda hücum üçün son hazırlıq
Nikol Paşinyan hökuməti Eçmiədzin kilsəsinə hücumdan əvvəl son hazırlıqlarını görür.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Eçmiədzinə hücum ediləcəyini istisna edirəm:
“Düşünmürəm ki, hökumət belə bir addım atsın. Bu ola bilsin Rusiyada idarə olunan Ermənistan müxalifətinin təxribatları və şayiələridir. Lakin təzyiqlərin, təsirlərin, hətta aksiyaların olması mümkündür. Çünki Qareginin istefası labüddür və hazırda o hökumət, hətta dövlət üçün ciddi problemlər yaradır. Dövlət din məsələlərini köklü şəkildə tənzimləməyə, kilsənin dövlətin işlərinə müdaxiləsinin qarşısını almağa yönəlmiş bu addımlar baş nazir Paşinyan üçün prioritet məsələdir. Müxalifətin və kilsənin isə məqsədi qarışıqlıq yaratmaq üçün ilk addımın hökumətdən gəlməsini gözləməkdir. Görünür ki, Qaregin dinc yolla təslim olmaq, postu təhvil vermək istəmir. Ölkənin qarışması da ilk növbədə hakimiyyətin ziyanınadır. Doğrudur, hazırda müxalifətin və kilsənin hökuməti devirmək üçün kifayət qədər gücü, dəstəyi yoxdur. Ancaq xarici təsirlərlə, düşünülmüş təxribatlarla qarışıqlıq yaradaraq stabilliyi pozub xalqı parçalaya bilərlər. Müxalif qüvvələr əsasən Qarabağdan köçən əhali ilə işləyir və kilsə ilə də Rusiyanın gizli dairələri koordinasiya edir. Buna rəğmən Paşinyan hökuməti də ehtiyyatlı davranır. Qərbin Paşinyana münasibəti normal olduğuna görə kilsə ilə bağlı hadisələrə qiymət verərkən obyektiv olacaqlarını güman etmək olar. Əgər məsələ Ermənistanda kilsə ilə dövlətin münasibətlərinin normallaşmasından gedirsə təbii ki, region ölkələrinin də anlayışla qarşılaması mümkündür. Lakin Qareginin istefası qəlizləşərsə, Ermənistanda din-dövlət münasibətlərinin gərginləşməsi regionda da narahatlıq yarada bilər”.
Aytac İbrahimova
