İsa Həbibbəylinin qızı vəzifədən azad edilib
Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.
"İnformator.az"xəbər verir ki, Ədliyyə Nazirliyindən "Ajans.az"a G.Mənsimovaya notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddətinin 2025-ci ilin avqust ayında bitdiyi bildirilib.
Həmçinin qeyd edilib ki, G.Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb.G.Mənsimova Azərbaycan Milli Elmlər Akademiyasının (AMAA) prezidenti, akademik İsa Həbibbəylinin qızıdır. Deputatın 2 oğlu da yüksək vəzifədə çalışır.
