00:00:00
Yazar
Banuçiçək Məmmədova
20.04.2026 16:49 17 1 dəq oxuma
Dünya

İsanın heykəlini sındırana cinayət içi açılıb - Netanyahu

İsanın heykəlini sındırana cinayət içi açılıb - Netanyahu

İsrail yəhudilər və bütün dinlərə mənsub dindarlar arasında qarşılıqlı hörməti yüksək tutur və qoruyur.

 

"İnformator.az" xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu özünün X səhifəsində yazıb.

 

“Dünən, israillilərin böyük əksəriyyəti kimi, mən də İsrail Müdafiə Qüvvələri əsgərinin Livanın cənubunda katolik dini ikonasına zərər verdiyini öyrənəndə təəccübləndim və kədərləndim. Bu hərəkəti ən sərt şəkildə pisləyirəm. Hərbi hakimiyyət orqanları məsələ ilə bağlı cinayət işi aparır və cinayətkara qarşı müvafiq sərt intizam tədbirləri görəcəklər.

Suriya və Livanda xristianlar müsəlmanlar tərəfindən qətlə yetirilərkən, İsraildəki xristian əhalisi Yaxın Şərqin digər yerlərindən fərqli olaraq inkişaf edir. İsrail regionda xristian əhalisinin və həyat səviyyəsinin artdığı yeganə ölkədir. İsrail Yaxın Şərqdə hamı üçün ibadət azadlığına riayət edən yeganə yerdir. Hadisəyə və bunun Livanda və dünyada dindarlara vurduğu hər hansı bir zərərə görə təəssüf edirik”, - Netanyahu bildirib.

Qeyd edək ki, dünən sosial mediada livanlı jurnalist tərəfindən paylaşılan və İsrail Müdafiə Qüvvələri tərəfindən təsdiqlənən bir görüntüdə əsgərin İsanın heykəlini çəkiclə sındırdığı görünür.

#xəbər #netanyahu #cinayət #heykəlini #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər