İsfahanda 3 ukraynalı agent ələ keçib
İran təhlükəsizlik qüvvələri İsfahan şəhərində 3 ukraynalını saxlayıb.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.
"İran təhlükəsizlik qüvvələri İsfahanda dron zavoduna hücum etməyi planlaşdıran Ukrayna kəşfiyyat xidmətinin üç əməkdaşını saxlayıb", - məlumatda bildirilib.
Saxlanılanların kimliyi barədə açıqlama verilməyib.