İşğalçı İsrail Qəzzaya yardım axınını dayandırıb
İşğalçı İsrail Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra Qəzza zolağına humanitar yardımların daxil olmasını dayandırıb.
İsrail baş nazirliyindən verilən açıqlamada, qatil İsrail baş naziri Benyamin Netanyahunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına hər cür humanitar yardım materialının girişini dayandırmağa qərar verdiyi bildirilib. Humanitar yardımın dayandırılmasına səbəb, razılaşmanın 42 günlük birinci mərhələsinin dünəndən etibarən sona çatması və İsrailin qəbul etdiyi danışıqların davam etdirilməsi ilə bağlı ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun layihəsini HƏMAS-ın qəbul etməməsi olub.
Soyqırım İsraili məhbuslar azad edilmədikcə atəşkəs rejimini davam etdirməyəcəyi ilə hədələyib.
Tərcümə etdi:Ayşən Səlimova
Mənbə:TRT haber