İslam maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
ABŞ-də səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun 2025-ci il üzrə İllik Toplantısı çərçivəsində İslam İnkişaf Bankına üzv ölkələr üzrə Müdirlərin görüşündə və onların şərəfinə təşkil olunan naharda iştirak edib.
Mövzu ile bağlı “İnformator.az”a açıqlamasında Politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan özü kifayət qədər ciddi maliyyə ehtiyatlarına malik olsa da, amma nəzərə almaq lazımdır ki, dünyada bütün ölkələr investisiyalara ehtiyac duyurlar və bu investisiyalar həm müxtəlif ölkələrin şirkətləri, o cümlədən sərmayə quruluşları tərəfindən həyata keçirilir:
“Azərbaycanda dünyanın müxtəlif maliyyə qurumları ilə əməkdaşlıq etməkdədir. Bu, həm Dünya Bankı olsun, Avropa Yenidənqurma İnkişaf Bankı olsun, o cümlədən İslam İnkişaf Bankı olsun, Asiya Bankı və s. quruluşlarla da Azərbaycanın əlaqələri var və bu maliyyə quruluşlarından aşağı faizlə kreditlərin götürülməsi və investisiya edilməsi, konkret layihələrə həyata keçirilməsi müsbət addımdır. İşğaldan azad olunmuş ərazilərin yenidən bərpa olunması bu ərazilərdə bərpa olunan yaşıl enerji mənbələrinin inşası üçün kifayət qədər ciddi məbləğlərə ehtiyac duyur. Bu baxımdan Azərbaycanın son dövrlər diqqəti isə böyük şirkətlər, investisiya quruluşları, yəni sərmayədarlarla və investisiya şirkətləri ilə kifayət qədər ciddi təmaslar qurulur və məhz bu təmaslar nəticəsində də ölkəyə investisiya axınının təmin olunmasına çalışılır “.
Reyhan Quliyeva
