İslamabadda intihar partlayışı:
Pakistanın paytaxtı İslamabadda məhkəmə binasının qarşısında baş vermiş intihar hücumu nəticəsində 12 nəfər həlak olub, ən azı 27 nəfər yaralanıb. Bu barədə ölkənin daxili işlər naziri Möhsin Naqvi məlumat verib.
Naqvinin sözlərinə görə, partlayışı törədən şəxs rayon məhkəməsinə daxil olmağı planlaşdırsa da, buna nail ola bilməyib. Nazir bildirib ki, intiharçının kimliyi müəyyən ediləcək və hadisədə əli olanlar məsuliyyətə cəlb olunacaq. Hadisəni kimin törətdiyi hələlik məlum deyil.
Son illərdə İslamabadda belə hücumlar nadir hallarda baş verirdi. Hadisə yerindən çəkilən görüntülərdə yanan avtomobilin qalıqları və ərazinin polis tərəfindən cordon altına alınması görünür.
BBC
Səadət Əlizadə