00:00:00
Yazar
Admin User
11.07.2023 07:56 268 1 dəq oxuma
Dünya

İslandiyanın cənub-qərbində Faqradalsfjall vulkanı püskürüb

İslandiyanın cənub-qərbində Faqradalsfjall vulkanı püskürüb

İslandiyada seysmik aktivliyin artması ilə ölkənin cənub-qərb hissəsində yerləşən Faqradalsfyal vulkanı aktivləşib.

 

İnformator.az bildirir ki, İslandiyadakı Fagradalsfjall vulkanı 11 aydan sonra dünən yenidən püskürməyə başlayıb. İslandiya Meteorologiya Xidmətindən verilən açıqlamada püskürmənin kiçik miqyaslı olduğu və vulkandan hələ atmosferə tüstü buraxılmadığı, vulkanın ətəyindəki çatlardan axan lavanın 200 metrlik bulaq yaratdığı deyilir. Partlayışın hava nəqliyyatına mənfi təsir göstərmədiyi bildirilib.

 

Litli-Hrutur dağlarına yaxın bir vadidə yerləşən vulkan paytaxt Reykyavikdən 30 kilometr aralıda, beynəlxalq uçuşların həyata keçirildiyi Keflavik hava limanının ətrafında yerləşir.

 

Fagradalsfjall vulkanı son iki ildə iki dəfə püskürsə də, maddi ziyana və ya uçuşların ləğvinə səbəb olmayıb.

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər