00:00:00
Yazar
Admin User
26.05.2025 19:38 204 1 dəq oxuma
Dünya

İspaniya İsrailə silah embarqosu tətbiq etməyə çağırır

İspaniya İsrailə silah embarqosu tətbiq etməyə çağırır

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares mayın 25-də Madriddə 20 ölkənin Xarici İşlər Nazirliklərinin nümayəndələrinin qatıldığı Qəzza ilə bağlı iclasın açılışındakı çıxışında İsrailə silah embarqosu tətbiq etməyə çağırıb.


Albares deyib:
"Qəzzanı geniş qəbiristanlığa çevirmək istəmədikcə, heç bir hərbi məqsədi olmayan mənasız müharibənin şahidi oluruq".


Qəzzadakı müharibəni "bəşəriyyətin açıq yarası" olaraq xarakterizə edən Albares, bunu dayandırmaq üçün bütün ölkələrin İsrailə silah embarqosu qoyması lazım olduğunu bildirib.


İspaniyanın xarici işlər naziri Fələstin ərazilərində iki dövlətli həllə çağırışını təkrarlayıb.


Mənbə: CNN Türk
Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər