00:00:00
Yazar
Admin User
25.08.2025 15:47 76 1 dəq oxuma
Dünya

İspaniya İsrailin Qəzzadakı xəstəxanaya hücumunu qınayıb

İspaniya İsrailin Qəzzadakı xəstəxanaya hücumunu qınayıb

İspaniya hökuməti İsrail ordusunun Qəzza Zolağının Xan Yunus şəhərində yerləşən Nəsir Xəstəxanasının 4-cü mərtəbəsinə həyata keçirdiyi və jurnalistlərin və günahsız mülki şəxslərin öldüyü hava hücumunu qınayıb.


İspaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib:


“İspaniya hökuməti Qəzzadakı Nəsir Xəstəxanasına edilən və 4 jurnalist ilə günahsız mülki şəxslərin ölümünə səbəb olan İsrail hücumunu qınayır. Xüsusi qorunan sahələrin hədəf alınamayacağını bir daha vurğulayırıq. Bu, beynəlxalq humanitar hüququn açıq və qəbul edilə bilməz bir pozuntusudur və araşdırılmalıdır”.


Açıqlamada əlavə olunub: “Mülki ölümlərin yaratdığı ağrı, həyati əhəmiyyət daşıyan və xüsusi qorunmaya ehtiyacı olan media işçilərinin yaşadığı acı ilə daha da artır. İspaniya, bütün vətəndaşların ifadə azadlığını və məlumat əldə etmə hüququnu təmin etmək üçün bu hüquqa olan tam bağlılığını təkrar edir”.


İsrail ordusunun Nəsir Xəstəxanasının 4-cü mərtəbəsini hədəf alan iki ayrı hava hücumunda 5-i jurnalist olmaqla 20 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.


Hücum zamanı həyatını itirənlər arasında Reuters xəbər agentliyinin foto-müxbiri Hüsam əl-Misri, Qətər mərkəzli Al Jazeera televiziya kanalının kameramanı Məhəmməd Səlame, Independent Arabia və AP-də çalışan jurnalist Meryəm Ebu Dekka, ABŞ mərkəzli NBC News-də jurnalist Muaz Ebu Taha və jurnalist Əhməd Ebu Əziz də var.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər