00:00:00
Yazar
Admin User
20.06.2025 10:52 122 1 dəq oxuma
Dünya

İspaniya NATO-nun 5% müdafiə xərci hədəfini qəbul etmir

İspaniya NATO-nun 5% müdafiə xərci hədəfini qəbul etmir

İspaniya Baş naziri Pedro Sançez NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq təklifinə qarşı çıxır. Onun fikrincə, bu addım Avropa İttifaqının öz təhlükəsizlik və müdafiə potensialını qurmaq səylərinə ciddi zərbə vurur.

 

Sançez NATO-nun baş katibi Mark Rutteyə məktub göndərərək hədəfin ya könüllü xarakter daşımasını, ya da İspaniyanın bu öhdəlikdən tamamilə azad olunmasını istəyir. O bildirir ki, 5 faiz hədəfi nə real, nə də faydalıdır. Madrid sammitin nəticələrini pozmaq niyyətində deyil, lakin qərarın yekdilliklə qəbul edilməli olduğunu xatırladır.

 

Hazırda İspaniya ÜDM-in 1,28 faizini müdafiəyə ayırır. NATO-da bu göstərici ən aşağı səviyyədədir. Sançez 2 faiz hədəfinə çatmağı qəbul edir, amma 5 faizlik artımın sosial dövlətə və milli prioritetlərə zidd olduğunu vurğulayır. ABŞ prezidenti Trampın təzyiqləri fonunda irəli sürülən bu təklifə NATO üzvləri arasında birmənalı yanaşma yoxdur. İtaliya da xərclərin mərhələli artırılmasını və son müddətin 2035-ə keçirilməsini təklif edir.

 

Sançesin mövqeyi ölkə daxilində də dəstəklənmir. Hökumət ortağı olan Sumar partiyası və parlamentdəki müttəfiqlərdən Podemos bu ideyaya qarşı çıxır. Analitiklər hesab edir ki, İspaniyanın parlamentdən müdafiə xərclərinin artırılmasına dəstək almaqda ciddi çətinlikləri olacaq.


Al Jazeera

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər