İspaniya və İsrail arasında diplomatik böhran
İspaniyanın Avropa İttifaqından (Aİ) "İsrail ilə assosiasiya sazişini dayandırmaq" tələbi İspaniya ilə İsrail arasında diplomatik böhrana səbəb olub.
İspaniyanın Baş Naziri Pedro Sançesin Brüsseldə keçirilən AB Şurasının iclasında üzv ölkələrdən Aİ- İsrail Assosiasiyası sazişini dayandırmaq tələbinə cavab olaraq, Madriddəki İsrail səfirliyi yazılı açıqlama yayaraq, bunun "mənəvi cəhətdən müdafiə olunmaz" olduğunu iddia edib.
İsrail səfirliyi İspaniyanın tutduğu mövqeyə görə "tarixin yanlış tərəfində yer alacağını" bəyan edərək, "İspaniya hökumətinin qəbul etdiyi mövqe İspaniyanı Avropanın Yaxın Şərqdəki mövqeyinin ən ifrat və getdikcə təcrid olunmuş tərəfinə yerləşdirir" iddiasındadır.
İspaniya Xarici İşlər Nazirliyi bu açıqlamaya qısa zamanda cavab verib və İsrailin Madriddəki səfirliyinin müvəqqəti işlər vəkili Dan Porazı “İspan hökuməti ilə bağlı qəbuledilməz bəyanatı” səbəbilə Xarici İşlər Nazirliyinə çağırıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares iyunun 23-də keçirilən Aİ Xarici İşlər Nazirlərinin İclasında Aİ həmkarlarını İsrail-Avropa İttifaqı Assosiasiyası sazişini dərhal dayandırmağa, silah embarqosu tətbiq etməyə və İsrailli cinayətkarlara fərdi sanksiyalar tətbiq etməyə çağırıb.
CNN Türk
Əminə Əliyeva