İspaniyada kömür mədənindəki çökmə nəticəsində 3 işçi torpaq altında qalıb
İspaniyanın şimalındakı Asturiya bölgəsində bir kömür mədənində baş verən çökmə nəticəsində ən azı 3 işçinin torpaq altında qaldığı bildirilib.
Asturiya muxtar bölgəsinin hökumətinə bağlı Fövqəladə Xidmət və Jandarmereya qurumundan İspan mətbuatına verilən açıqlamada bildirilib ki, Cangas del Narcea Bələdiyyəsinə aid Vega de Rengosda yerləşən bir kömür mədənində çökmə baş verib və ən azı 3 işçi torpaq altında qalıb.
Rəsmilər qeyd ediblər ki, çökmə 16:58-də mədənin mənfi 2-ci qatındakı sahədə baş verib və əraziyə xilasedici qruplar, tibbi yardım və çoxfunksiyalı 2 helikopter göndərilib.
İspan mətbuatının məlumatına görə, Asturiya muxtar hökumətinin Enerji və Mədənçilik Baş Direktoru Xavyer Kuell, eləcə də bölgədəki bəzi siyasətçilər, müfəttişlər və mütəxəssislər hadisə yerindədir. Çökmənin səbəbi ilə bağlı hələ məlumat verilmədiyi qeyd olunub.
EFE xəbər agentliyinə açıqlama verən və kömür mədəninin qarşısında olan Cangas del Narcea Bələdiyyəsinin sədri Luis Fontaniella bildirib ki, hazırda əsas prioritet xilasedici əməliyyatdır.
Mədən sahələrinin çox olduğu Asturiya bölgəsində 31 mart tarixində Deqana Bələdiyyəsinə bağlı Cerrero mədənində baş vermiş metan (qriçu) partlayışında 5 mədənçi həyatını itirib.
TRT XƏBƏR
Lalə Qurbanlı