00:00:00
Yazar
Admin User
28.11.2025 18:19 88 1 dəq oxuma
Dünya

İspaniyada qrip hallarındakı artım epidemiya səviyyəsinə çatıb

İspaniyada qrip hallarındakı artım epidemiya səviyyəsinə çatıb

İspaniyada son həftələrdə hadisələrin sayında artım müşahidə olunan və xüsusilə 1-4 yaşlı uşaqları təsir edən qripin epidemiya səviyyəsinə çatdığı bildirilib.

 

Səhiyyə Nazirliyi infeksiyalarda baş verən yeni artımlar səbəbindən qripin epidemiya səviyyəsinə çatdığını açıqlayaraq, ölkədəki 17 muxtar idarəetmə hökumətində ortaq bir planın həyata keçirilməsi üçün işlərə başlayıb.

 

Carlos III Səhiyyə İnstitutunun 17-23 noyabr tarixlərini əhatə edən son hesabatında qrip diaqnozu qoyulanların nisbətinin hər 100 min nəfərə 40,1 hadisəyə çatdığı bildirilib.

 

Ötən həftə hadisə nisbətinin hər 100 min nəfərə 35,2 olduğu qeyd edilən hesabatda, hər 100 min nəfərə 37 hadisə ilə müəyyən edilən həddin bu həftə aşılaraq epidemiya səviyyəsinə çatdığı vurğulanıb.

 

Hesabatda cəmiyyətdə qrip yoluxmasından ən çox təsirlənən yaş qrupunun 1-4 yaşlı uşaqlar olduğu və bu yaş qrupunda hadisə sayının son həftədə iki dəfə artdığı qeyd edilib.

 

İspan mətbuatına danışan mütəxəssislər ölkədə qrip epidemiyaının son iki ilə nisbətən bu il daha erkən başladığına diqqət çəkiblər.

 

Mütəxəssislər əvvəlki dinamikalar nəzərə alınaraq, epidemiyanın ən yüksək səviyyəyə ilin sonunda və ya 2026-cı ilin əvvəlində çatacağı ehtimalını irəli sürüblər.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər