İspaniyalı baş məşqçi Pep Guardiola Qəzzanı dəstəkləyir
İngiltərə Premier Liqa komandalarından olan "Manchester City"nin baş məşqçisi Pep Guardiola Qəzza xalqına dəstək çağırışı edib.
Manchester Universitetinin fəxri doktoru adını qazanan ispan məşqçi mərasimdəki çıxışında Qəzzada baş verənlərin ağrılı olduğunu bildirib. Guardiola bildirib ki, insan haqlarını müdafiə etmək ideologiya deyil, həyat eşqi məsələsidir.
İspan məşqçi Qəzzada baş verənlərin bütün bəşəriyyəti narahat etdiyini ifadə edərək, "Biz dörd yaşlı qız və oğlanların bombalarla öldürüldüyünü və ya xəstəxanalarda həyatını itirdiyini görürük",- dedi.
Qəzzada dünyasını dəyişən uşaqların insanlıq üçün utanc verici olduğunu deyən 54 yaşlı məşqçi, "Bu məsələnin bizim işimiz olmadığını düşünə bilərsiniz, amma diqqətli olun, bundan sonrakı dörd-beş yaşlı uşaqlar bizim olacaq. Qəzzada körpələrin başına gələn dəhşətli hadisələri gördükdən sonra hər səhər yuxudan durub uşaqlarımı görürəm",- dedi.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli