00:00:00
Yazar
Admin User
24.04.2024 18:33 301 1 dəq oxuma
Dünya

İspaniyanın baş naziri vəzifələrini dayandırır və diqqətini gələcəyə yönəltməyə qərar verir

İspaniyanın baş naziri vəzifələrini dayandırır və diqqətini gələcəyə yönəltməyə qərar verir

İspaniyanın baş naziri Sançes həyat yoldaşı Beqonya Qomezə qarşı korrupsiya ittihamı ilə açılan iddiaya görə ictimai vəzifələrini dayandırıb. Bu barədə EFE portalı məlumat yayıb.

 

“Sağ və ifrat sağın siyasəti dəyişdirməyə çalışdığı çirkinliyə baxmayaraq, buna dəyərmi sualına təcili cavab verməliyəm. Hökumətə rəhbərlik etməyə davam etsəm və ya bu yüksək şərəfdən imtina etsəm", - siyasətçi deyib.

 

O, həmçinin həyat yoldaşı ilə birlikdə "gələcək haqqında düşünmək" lazım olduğunu vurğuladı və karyerasının mümkün sonunu etiraf etdi.

 

Bundan əvvəl İspaniyanın ifrat sağçı “Vox” partiyası Sançesə qarşı terrora yardım və rüşvətxorluq ittihamı ilə iddia qaldırmışdı. Buna səbəb Kataloniya separatçıları üçün amnistiya qanununun İspaniya parlamentinin aşağı palatasına təqdim edilməsi olub.

 

Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər