İsrailə 6 300 raket atılıb
Oktyabrın 7-dən İsrail ərazisinə Qəzza zolağından HƏMAS radikal qruplaşması tərəfindən 6 300 raket atılıb.
İnformator.az Modern.az-a istinadən xəbər verir ki, “Bu gün İsrail” nəşrinə istinadən xəbər verir ki, atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
