İsrail ABŞ-nin atəşkəs təklifini qəbul edib
İsrail, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun təqdim etdiyi Qəzza üçün yeni atəşkəs təklifini qəbul edib.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib. Onun sözlərini Reuters agentliyi yayıb.
Açıqlamada deyilir:
"Baş Nazir Benjamin Netanyahu Qəzza zolağında girov saxlanılan ailələrə bildirib ki, İsrail, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun təqdim etdiyi yeni atəşkəs təklifini qəbul edib".
Caliber
Billurə Quliyeva