00:00:00
Yazar
Admin User
14.10.2025 19:00 96 1 dəq oxuma
Dünya

İsrail atəşkəsə baxmayaraq Rəfah Sərhəd Qapısını bağlı saxlayacaq

İsrail atəşkəsə baxmayaraq Rəfah Sərhəd Qapısını bağlı saxlayacaq

HƏMAS ilə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq İsrailin Qəzzə ilə Misir arasındakı Rəfah Sərhəd Qapısını açmayacağı bildirilib. İsrail tərəfi bu qərarı, HƏMAS-ın əlində olan İsrailli əsirlərin cəsədlərinin təhvil verilməsindəki gecikmələrlə əlaqələndirib.

 

İsrail mətbuatında yer alan məlumatlara görə, Times of Israel qəzetinin xəbərində Rəfah Sərhəd Qapısının sabah açılmalı olduğu, lakin İsrail tərəfindən bağlı saxlanacağı qeyd olunub. Mənbələrə əsasən, İsrail HƏMAS-ı əsir mübadiləsi çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə ittiham edir və bu səbəbdən keçid məntəqəsinin fəaliyyətini dayandırır.

 

 İsrailin iddiasına görə, HƏMAS həlak olmuş İsrailli əsirlərin cəsədlərinin yerləri barədə dəqiq məlumat vermədiyi üçün təhvil prosesi gecikir. Buna cavab olaraq İsrail, Rəfah Sərhəd Qapısının açılmamasını “sanksiya” kimi tətbiq etdiyini açıqlayıb. Bu vəziyyət Qəzzəyə humanitar yardımın çatdırılmasına da ciddi maneə yaradır. Mənbələr bildirir ki, HƏMAS atəşkəs və əsir mübadiləsi çərçivəsində Qəzzə zolağında həlak olmuş 4 İsrailli əsirin cəsədini Qırmızı Xaça təhvil verib. Eyni zamanda, vəziyyətin sabitləşdirilməsi üçün Türkiyə, Qətər, Misir və ABŞ nümayəndələrinin birgə komitə yaratmaq barədə razılığa gəldiyi qeyd olunur.

 

TRT haber 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər