00:00:00
Yazar
Admin User
03.12.2025 17:07 88 1 dəq oxuma
Dünya

İsrail atəşkəsi pozmağa və köçkünləri hədəf almağa davam edir

İsrail atəşkəsi pozmağa və köçkünləri hədəf almağa davam edir

HƏMAS İsrail ordusunun atəşkəs müqaviləsini pozmağa və geri çəkildiyi ərazilərdə köçkün mülki şəxsləri hədəf almağa davam etdiyini açıqlayıb.

 

HƏMAS-ın sözçüsü Hazem Qassem yazılı açıqlamasında bildirib ki, İsrail ordusu atəşkəs müqaviləsini pozmaqda davam edir, geri çəkildiyi ərazilər kimi müəyyən edilən "Sarı Xətt" xaricindəki sığınacaqları və köçkün düşərgələrini hədəf alır.Qassem bu hücumlarda fələstinlilərin öldüyünü və ya yaralandığını qeyd edib və ordunun Qəzza zolağında işğal etdiyi ərazilərdə bombalama və binaları partlatmaqla gündəlik pozuntularını davam etdirdiyini qeyd edib.

 

HƏMAS-ın sözçüsü Qassem vasitəçiləri və qarant ölkələri bu pozuntuların qarşısını almaq və İsraili hücumların tamamilə dayandırılması üçün razılaşdırılmış müddəalara riayət etməyə məcbur etmək üçün tədbirlər görməyə çağırıb.

 

TRT Xəbər

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər