00:00:00
Yazar
Admin User
24.06.2025 15:29 85 1 dəq oxuma
Dünya

İsrail atəşkəsi pozmasa, İran da pozmayacaq- Pezeşkiyan

İsrail atəşkəsi pozmasa, İran da pozmayacaq- Pezeşkiyan

 

İran Prezidenti Məsud Pəzeşkiyan ölkəsinin İsraillə etdiyi atəşkəslə bağlı olaraq, Tel-Əviv atəşkəsə əməl edəcəyi təqdirdə Tehranın da əməl edəcəyini bildirib.

İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Pəzeşkiyan Malayziya Baş naziri Ənvər İbrahim və Oman sultanı Heysəm bin Tariq bin Teymur Əl Səid ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Malayziya Baş naziri İbrahimlə görüşündə Pəzeşkiyan bildirib: “Əgər Sionist rejim atəşkəsi pozmasa, İran da pozmayacaq. Biz danışıqlar masasında İran xalqının legitim hüquqlarını müdafiə etməyə və bu hüquqların arxasınca getməyə hazırıq”.

İbrahim isə çıxışında İsrailin nüvə silahlarının yayılmasının qarşısının alınması sisteminə qarşı mövqeyini tənqid edərək deyib: “İsrail bütün nüvə imkanlarına sahibkən, digər ölkələri onların legitim hüquqlarından məhrum etmək istəməsi qəbuledilməzdir”.

İran Prezidenti Pəzeşkiyan, Oman sultanı Bin Tariqlə görüşündə deyib: “Birlikdə əməkdaşlıq edərək, müharibə və qarşıdurmadan uzaq, tərəqqi, firavanlıq və sülhlə dolu bir region qura bilərik”.

Pəzeşkiyan, İsrailin hərbi hücumuna ABŞ-nin birbaşa müdaxiləsinin İranı cavab verməyə məcbur etdiyini bildirib.

Oman sultanı Bin Tariq isə İranın Qətərə hücum etmək niyyətində olmadığını bildiklərini vurğulayaraq deyib: “Oman və bölgədəki digər qardaş ölkələr İran xalqının hüquqlarını müdafiə istiqamətində göstərdiyiniz səyləri dəstəkləyir”.

 

Trt xəbər
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər