00:00:00
Yazar
Admin User
15.10.2025 18:05 95 1 dəq oxuma
Dünya

İsrail baş naziri açıqlamada təhdid dolu ifadələr işlədib

İsrail baş naziri açıqlamada təhdid dolu ifadələr işlədib

İsrail baş naziri Binyamin Netanyahu ABŞ mətbuatına verdiyi açıqlamada təhdid dolu ifadələr işlədib. Hamasın silahsızlaşdırılmasını qırmızı xətt saydığını bildirən Netanyahu deyib:

Bunu etməsələr, qiyamət qopacaq. Amma ümid edirəm ki, belə olmayacaq. Ümid edirəm, bunu sülh yolu ilə edə bilərik. Biz buna tam hazırıq".

 

Qəzzadakı atəşkəs prosesinə toxunan Netanyahu əlavə edib: “Sülhə şans vermək barədə razılaşmışıq. Dedik ki, ilk hissəni tamamlayıb indi ikinci hissəyə şans verək". Bundan sonrakı mərhələdə Hamasın silahsızlaşdırılmasının qırmızı xətt olduğunu vurğulayan Netanyahu bildirib:

“Birincisi, Hamas öz silahlarından imtina etməlidir. İkincisi, Qəzzada silah istehsal edən zavodların olmadığına əmin olunmalıdır. Qəzzaya silah qaçaqmalçılığı edilməməlidir. Silahsızlaşdırma məhz budur".

 

Netanyahuya, Trampın İsrail Məclisində etdiyi çıxışda onun barəsində işlədiyi “asan biri deyil” ifadəsi xatırladılarkən, o, belə cavab verib:

“Yəni, ümid edirəm ki, ölkəmin gələcəyini maraqlandıran məsələlərdə çox sərt olduğum üçün belə deyib. Mənə deyilən fikrin doğru olduğuna inandığımda ‘doğrudur’ deyirəm, lazım gəldikdə isə ‘xeyr’ deyirəm. Bu, mənim işimdir. Mənim vəzifəm yəhudi dövlətini qorumaq və yəhudi xalqının gələcəyini təmin etməkdir".

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər