00:00:00
Yazar
Admin User
25.12.2025 16:00 56 3 dəq oxuma
Siyasət

İsrail Beka vadisində hava zərbəsi endirib

İsrail Beka vadisində hava zərbəsi endirib

İsrail Müdafiə Ordusu Livanın şərqində yerləşən Beka vadisindəki Nasiriyyə şəhərində müəyyən edilmiş hədəfə hava zərbəsi endirib. İlkin məlumatlara görə, hücum nəticəsində dağıntılar qeydə alınıb, hadisə bölgədə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib.


Məsələ ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Livan hökuməti sabitlik istəyir:

 

“Lakin İrana bağlı qüvvələr Livanda İsraili bəhanə edərək əslində fars rejiminin maraqlarını Yaxın Şərqdə müdafiə edirlər. Təbii ki, İsrail də bunu əsas gətirərək öz təcavüzünü artırır və bu vəziyyət bir növ Tel-Əvivə dəstəvuz verir. İsrail Hizbullahı sıradan çıxarmaqla Livanı təsir dairəsinə keçirmək və növbəti olanda tamamilə işğal etmək istəyir. Bu, təkcə Livan üçün deyil, bütün qonşu ərəb ölkələri üçün nəzərdə tutulan uzaq plandır. "Vəd edilmiş torpaqlar" ideyasını həyata keçirmək, "Böyük İsrail" yaratmaq üçün hətta Türkiyənin də 20 faizi hədəfdədir. Son günlərdə Yunanıstanla İsrail arasında imzalanan razılaşmalar əslində Türkiyə əleyhinədir. Yaxın Şərqdəki hadisələri şərh edən mütəxəssislər bu qənaətdədirlər ki, Hizbullah kimi silahlı təşkilatların isə mövcud formada fəaliyyəti İsrailin təcavüzünü dəf etməyə kafi deyil. Livanın öz güclü ordusunu yaratmağa bu maneədir. Nəticədə İsrail üçün də bu sərfəlidir ki, Hizbullah qalsın və lazım olanda onu təhrik edərək əldə bəhanə tutub Livanı bombalasın. Hizbullah Livanda nizami ordunun formalaşmasına, dövlətin bütovlüyünə İrana bağlı olduğu üçün ciddi maneə yaradır. Ortadakı İran faktoru Hizbullahı Livanın müdafiə qüvvəsi yox, müstəqil və sırf İranın maraqlarına xidmət edən terror təşkilatı kimi xarakterizə edir. Ona görə də ərəb və müsəlman ölkələri Hizbullahdan uzaqlaşırlar. İsrail həm Hizbullahı sıradan çıxarmaq həm də Livanın nizami ordusunun inkişafının qarşısını almaq istəyir. Çünki qarşısında normal dövlətin olması nəzərdə tutduğu işğalı həyata keçirməyə imkan verməz”.

 

Ekspert həmçinin bunu da qeyd edib ki, bu, Əsəd dövründə Suriya üçün də belə olub:

 

“Keçmiş rejimin xaotik idarə üsulu, bir çox terror dəstələrinin mövcudluğu, habelə İran təsiri İsrailin əlində tutarlı əsaslar verirdi və təcavüzü davam etdirirdi. Lakin hazırki Suriya hökuməti normal, nizamlı dövlət quruculuğu sayəsində fəaliyyət göstərir deyə İsrail yalnız əvvəlki rejim dövründə yaratdığı bəzi silahlı qrupların əli ilə separatçı və terrorçu fəaliyyətlərə cəhd etməldən başqa nailiyyət əldə edə bilmir. Əsasən də Türkiyənin buradakı ciddi rolu İsrail təcavüzünün qarşısında maneə yaradır. Ona görə Suriyada istəyinə nail ola bilmədikdə keçir Livana. Livan hökuməti hərbi gücün vahid şəkildə ordunun əlində olmasını istəyir. Hizbullah isə orduya inteqrasiyanı və silahı yerə qoymağı rədd edir. Çünki İran buna imkan vermir. Hizbullah Livan içərisində İranın muxtariyyət qüvvələrinin hərbi gücü statusundadır. İran öz proksi qüvvəsini Livana təhvil vermək istəmir. Yaranmış bu durum da yalnız İsrailin maraqlarına xidmət edir. İsrail mümkün qədər bölgəni davamlı olaraq müharibə vəziyyətində saxlamaqda israrlıdır. Çünki maraqlarına və məqsədlərinə yalnız müharibə yolu ilə nail ola bilir. Sabitlik və stabillik yeni işğal və yeni hücumlara əsas vermir. Livan hökuməti beləcə iki seçim arsında qalır. Ya Hizbullahdan imtina edərək cavabdehlikdən yayınır, mövcud prosesi beynəlxalq təşkilatlara həvalə edir ya da məcbur qalaraq Hizbullah ilə eyni mövqedən çıxış edərək müdafiəyə qoşulur. İsrail də Livan hökumətini Hizbullahı dəstəklədiyinə görə ittiham edib hədəfə gətirir. Əslində İsrailin bu hücumları Livan daxilindəki qüvvələri, əsasən də Hizbullah ilə hökuməti üz-üzə qoymaq, yaranmış böhrandan bəhrələnməkdir. Ümumi mənada isə İrana hücum hazırıqlarının tərkib hissəsi olaraq əvvəlcə proksi qüvvələri sıradadan çıxarmaq nəzərdə tutulur. Əgər hücumlar intensiv xarakterli olarsa təbiidir ki, Hizbullah da hərəkətə keçəcək və hökumət qeyd etdiyim seçim qarşısında qalacaq”.


Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər