00:00:00
Yazar
Admin User
16.11.2025 14:28 152 1 dəq oxuma
Dünya

İsrail BMT-nin Livandakı qüvvələrinə atəş açıb

İsrail BMT-nin Livandakı qüvvələrinə atəş açıb

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNİFİL) İsrail qüvvələrinin Livanın cənubunda onlara atəş açdığını bildirib.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə sülhməramlılar bəyanat yayıblar.

“Bu səhər İsrail ordusu Livan ərazisində qurduğu mövqenin yaxınlığından “Merkava” tankından UNİFİL sülhməramlılarına ağır pulemyotlardan atəş açıblar. Bu atəş İsrail və Hizbullah arasında 2006-cı ildə baş verən münaqişəyə son qoyan və həmçinin ötən ilin noyabr ayında atəşkəsin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi şəkildə pozulmasıdır”, - bəyanatda qeyd olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər