00:00:00
Yazar
Admin User
23.09.2025 17:27 107 2 dəq oxuma
Siyasət

İsrail-Fələstin Qarşıdurması Böyüyür

İsrail-Fələstin Qarşıdurması Böyüyür

 

Yaxın Şərqdə İsrail-Fələstin qarşıdurmasının son gərginlikləri regionda yeni müharibə ehtimalını artırıb. Tərəflər arasında davam edən toqquşmalar, raket hücumları və hərbi əməliyyatlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bölgədə artan siyasi və hərbi gərginlik Yaxın Şərqin gələcək təhlükəsizliyi, sülh prosesi və beynəlxalq münasibətlər üçün ciddi suallar doğurur. Bu vəziyyət həm regional, həm də qlobal güclərin reaksiyası fonunda yeni müharibənin başlanması riskini daha da aktuallaşdırır.

 

Mövzu ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, Fələstin dövləti artıq bir sıra ölkələr tərəfindən tanınır:

 

“Bu qarşıdurmanın kökündə Fələstinin tanınma prosesi dayanır. Əslində, 1948-ci ildən bəri həyata keçirilməli olan əsas məsələ iki dövlətin - İsrail və Fələstin dövlətlərinin birgə mövcudluğudur. Lakin bu günə qədər bu məsələ reallaşmayıb. Bəzi dövlətlər - Böyük Britaniya, Fransa, Avstraliya  vaxtında Fələstini tanımayıblar, lakin indi bu istiqamətdə addımlar atmağa çalışırlar.

İsrail tərəfi isə bu qarşıdurma fonunda açıq şəkildə bildirir ki, 'Biz Fələstin dövlətinin tanınmasına imkan verməyəcəyik'. Fələstinin müstəqil dövlət kimi tanınması bəzi ölkələrdə aqressiyaya səbəb ola bilər. Amma mən düşünmürəm ki, bu, genişmiqyaslı müharibəyə səbəb olacaq.

Əlbəttə, bu gün yaranmış vəziyyətin səbəblərindən biri də son iki il ərzində bölgədə həyata keçirilən qətliam nəticəsində 50 mindən çox insanın həyatını itirməsidir. Bu hadisələrdə beynəlxalq birliyin də məsuliyyəti var. Çünki müəyyən mənada onlar bu şəraitin yaranmasına yol açdılar. İndi isə həmin qətliamlardan sonra Fələstin dövlətinin tanınması məsələsi gündəmə gəlib. Ərazilərin bir hissəsi işğal altındadır və bu da vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Düşünürəm ki, qarşıdurmanın sülh yolu ilə həll olunması üçün dövlətlərin təzyiqi olmalıdır. Bu təzyiqlər olacaqmı? Bu, önəmli bir sualdır. Hələlik reallıq bunu göstərmir. Amma hər bir halda Fələstinin müstəqilliyi artıq tanınır, qəbul edilir. Mən düşünürəm ki, bu məsələ regional təhlükə doğurmur, yəni müharibə ehtimalı o qədər də yüksək deyil. Lakin İsrailin bu vəziyyəti qəbul edib-etməyəcəyi hələlik sual altındadır”.

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər