İsrail Fordo nüvə obyektinə hücum edir
İsrail, ABŞ-nin bir gün əvvəl zərbələrlə zədələdiyi İranın Fordo nüvə obyektinə gedən “giriş yollarına” yeni hücum həyata keçirib. İsrail ordusu Tehrana “misli görünməmiş güclə” zərbələr endirdiyini bildirib, İranın məhkəmə hakimiyyəti isə şəhərdə yerləşən Evin həbsxanasının vurulduğunu təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp bazar günü həyata keçirilən zərbələrin ardınca İran rəhbərliyində dəyişiklik ehtimalını gündəmə gətirib - halbuki, onun komandası həmin zərbələrin məqsədinin rejim dəyişikliyi olmadığını deyib. Tramp hücumların İranın nüvə obyektlərinə “qeyri-adi dərəcədə böyük zərər” vurduğunu bildirib, İran isə “qəti cavab” veriləcəyini bəyan edib.
Digər tərəfdən, BMT-nin nüvə üzrə müşahidə qurumu zərərin qiymətləndirilməsi üçün atəşkəsə çağırıb. Avropa İttifaqı İranı Hörmüz boğazını bağlamamağa çağırır, ABŞ isə Çinlə əlaqə saxlayaraq Tehrana təzyiq göstərməsini istəyir.
BBC
Asiman Vəliyeva