İsrail hökuməti əldə olunan atəşkəs razılaşmasını təsdiqləyib
İsrail hökuməti HƏMAS-la əldə edilmiş atəşkəs razılaşmasını təsdiq edib.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, Qəzzada saxlanılan bütün girovların azad edilməsini əhatə edən atəşkəs qətnaməsini təsdiq olunub.
Qeyd edək ki, İsrail hökumət cümə axşamı gec saatlarda qətnamə ilə bağlı səsvermə keçirmək üçün toplanıb.
Xatırladaq ki, İsrail və HƏMAS ABŞ lideri Donald Trampın təklif etdiyi sülh planının birinci mərhələsi üzrə saziş imzalayıb.