00:00:00
Yazar
Admin User
06.03.2025 17:10 176 2 dəq oxuma
Dünya

İsrail həbsxanalarda fələstinliləri yavaş-yavaş edam etməyə davam edir

İsrail həbsxanalarda fələstinliləri yavaş-yavaş edam etməyə davam edir

HƏMAS bəyan edib ki, İsrail həbsxanalarda fələstinli məhbusları qəsdən və yavaş-yavaş edam edir.

 

HƏMAS Qəzza zolağında saxlanılan fələstinli Əli Aşur Əli Batşın İsrailin Nəcəf həbsxanasında ölümündən sonra yazılı açıqlama verib. Bəyanatda deyilir: “İsrailin həbsxanada fələstinlilərə qarşı qəsdən və ləng edam üsullarından istifadəni davam etdirməsi, işğalçı qüvvələrin vəhşiliyini, bütün insani dəyərlərdən məhrum olduğunu və məhbusların hüquqları ilə bağlı bütün beynəlxalq norma və konvensiyaları tamamilə inkar etdiyini təsdiqləyir” deyilib.

 

Bildirilib ki, İsrail həbsxanalarında artan qəddarlıq İsrail hökumətinin fələstinliləri sistemli şəkildə öldürmək siyasətinin nəticəsidir. İsrailin izlədiyi bu siyasətin qəsdən tibbi səhlənkarlıq, fiziki və psixoloji işgəncə, təkadamlıq kamerada saxlama və ən əsas insan hüquqlarından məhrumetmə kimi ciddi pozuntuları və cinayət əməllərini ehtiva etdiyi açıqlanıb. İsrailin fələstinli məhbusları hədəfə alma və məhv etmə yanaşmasını davam etdirməsi ilə bağlı xəbərdarlıq edən Həmas, bu təcrübələrin onların əzmlərini və yaxın gələcəkdə azadlığa qovuşacaqlarına dair ümidlərini məhv etməyəcəyini vurğuladı.

 

Həmas fələstinliləri və bütün insan haqları və humanitar təşkilatları “fələstinli məhbuslara dəstək və yardım göstərmək üçün daha çox səy göstərməyə və onların işini dəstəkləmək üçün bütün təzyiqləri gücləndirməyə” çağırıb.

 

Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyi ilə Fələstin Əsirlər Dərnəyinin dünən verdiyi ortaq açıqlamada İsraildə nəzarətə alınan Qəzzalı 62 yaşlı Batşın həyatını itirdiyi bildirilib. Açıqlamada 25 dekabr 2023-cü ildə Qəzzada saxlanılan və İsrailin Nəcəf Həbsxanasında saxlanılan Batşın fevralın 21-də xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişdiyi, Qəzza zolağının şimalındakı Cibaliya bölgəsinin Fələstin sakininin evli və 6 uşaq atası olduğu paylaşılıb. İsrailin Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri həbsxanalarda həyatını itirən fələstinlilərin sayı 62-yə yüksəldi; Onlardan 40-nın Qəzza zolağından olduğu bildirilib.

 

Bundan əlavə, 1967-ci ildən bu yana İsrail həbsxanalarında şəxsiyyətləri məlum olan və ölü elan edilən fələstinlilərin sayının 299 olduğu bildirilib.

 

Tərcümə etdi:Ayşən Səlimova
Mənbə:TRT haber

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər