00:00:00
Yazar
Admin User
20.10.2025 18:03 151 1 dəq oxuma
Dünya

İsrail həbsxanalarında daha bir fələstinli həyatını itirib

İsrail həbsxanalarında daha bir fələstinli həyatını itirib

İsrailin Negev həbsxanasında saxlanılan 69 yaşlı fələstinli məhbus Kamil Məhəmməd Mahmud əl-Akrem ağır şərait və tibbi laqeydlik nəticəsində Soroka xəstəxanasında vəfat edib.

 

Fələstinli Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatının Əsirlər və Azad Edilənlər Şurası yayımladıqları birgə bəyanatda İsrailin fələstinli məhbuslara qarşı sistemli zorakılıq və repressiya siyasətini pisləyiblər.

 

Bildirilib ki, İsrailin 2023-cü ilin oktyabrında Qəzzaya hücumlarından bəri həbsxanalarda həyatını itirən fələstinlilərin sayı 80-ə, 1967-ci ildən bəri isə 317-yə çatıb.

 

Bəyanatda qeyd olunub ki, fələstinli məhbuslar işgəncə, aclıq, tibbi laqeydlik və zorakılığa məruz qalır, bu isə İsrailin “yavaş-yavaş öldürmə siyasəti”nin davamı kimi qiymətləndirilir.

 

Təşkilatlar beynəlxalq ictimaiyyəti və insan haqları qurumlarını İsrail rəsmilərini məsuliyyətə cəlb etməyə çağırıblar.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər