00:00:00
Yazar
Admin User
27.02.2025 17:11 161 1 dəq oxuma
Dünya

İsrail heyəti Qəzzada atəşkəs danışıqları üçün Qahirəyə gedəcək

İsrail heyəti Qəzzada atəşkəs danışıqları üçün Qahirəyə gedəcək

İsrailin danışıqlar heyəti Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində aparılacaq danışıqlar üçün bu gün Misirin paytaxtı Qahirəyə yola düşəcək.

 

İsrail Baş nazirlik Ofisinin yaydığı açıqlamada Baş nazir Benyamin Netanyahunun danışıqları davam etdirmək üçün heyətə Qahirəyə getmək göstərişi verdiyi bildirilib.

Açıqlamada danışıqların hansı mövzu ətrafında aparılacağına dair hər hansı məlumat paylaşılmayıb.

 

Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsi 1 martda başa çatacaq.

 

İsrail Baş naziri Netanyahu, razılaşmanın icrasına başlandıqdan 16 gün sonra start götürməli olan ikinci mərhələ danışıqlarını əngəlləməkdə ittiham olunur.

 

Bundan əvvəl danışıqlar üçün Misirin paytaxtı Qahirə və Qətərin paytaxtı Dohaya gedən danışıqlar heyətlərinə ikinci mərhələ görüşləri üçün səlahiyyət verilməyib.

 

İsrail mediası Tel-Əviv rəhbərliyinin ikinci mərhələyə keçmək istəmədiyini və Qəzzadaki israilli əsirlərin azad edilməsini davam etdirəcək şəkildə birinci mərhələni uzatmaq niyyətində olduğunu iddia edib.

 

TRT XƏBƏR

Günel Verdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər