00:00:00
Yazar
Admin User
12.11.2025 17:51 212 2 dəq oxuma
Siyasət

İsrail “Hizbullah” mövqelərinə hava zərbələri endirib

İsrail “Hizbullah” mövqelərinə hava zərbələri endirib

İsrail ordusu Livanda yerləşən “Hizbullah” qruplaşmasının mövqelərinə hava zərbələri endirib. 

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Yaxın Şərqdə vəziyyət hələ də stabil deyil:

 

"Həm Həmas, həm də İsrail, bir-birlərini atəşə tutmaqda davam edirlər. ABŞ, Qətər, Türkiyə və Misir vasitəçiliyi ilə əldə olunmuş anlaşmanın Həmas tərəfindən pozulduğu bildirilir. Həmas isə öz növbəsində İsrailin bu anlaşmanı pozduğunu bəyan edir. Hazırda İsrail hökuməti Livan hökumətinə müraciət edərək “Hizbullah”ı tərksilah etməyə çağırır. Xatırladaq ki, təxminən bir il əvvəl Livan bu istiqamətdə öhdəlik götürüb. Bununla belə, İsrail Silahlı Qüvvələri Livan ərazisində “Hizbullah”a məxsus obyektləri atəşə tutur. Digər tərəfdən, ABŞ və BMT yeni bir razılaşma paketi üzərində işləyir. Bu razılaşmanın məqsədi Həmas və İsrail arasında atəşkəsi bərpa etməkdir. ABŞ yaxın günlərdə İsrailə təzyiq göstərərək Həmas döyüşçülərinin Qəzza bölgəsindən təhlükəsiz şəkildə çıxarılmasını tələb edir. İsrail ordusu da bu proses üçün lazımi şərait yaratmalıdır. Görünən odur ki, yaxın bir-iki gün ərzində vəziyyət tam sabitləşməsə də, münaqişənin sona çatması ilə bağlı BMT və ABŞ arasında ikinci bir razılaşma paketi qəbul oluna bilər. Bəzi ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, Qəzza bölgəsinə sülhməramlı qüvvə göndərməkdən imtina edib. Buna baxmayaraq, Türkiyə sülhməramlılarının həmin bölgəyə daxil olma ehtimalı yüksəkdir. Hazırda Qəzza bölgəsində Türkiyə sülhməramlıları Həmasla birlikdə İsrail vətəndaşlarının cəsədlərinin axtarışı ilə məşğuldurlar".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər