İsrail Hizbullahın obyektlərini aviazərbələrlə vurub
İsrail Livanın Nəbatiyə bölgəsində Hizbullaha məxsus obyektlərə aviazərbələr endirib.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail ordusu (ÇAXAL) məlumat yayıb.
Bildirilib ki, Hizbullah öz infrastrukturunu bərpa etmək cəhdlərinə davam edir.
ÇAXAL da bunu İsrail-Livan razılaşmasının pozulması kimi qiymətləndirib.