İsrail İran raketini zərərsizləşdirib - Yenilənib
İranın İsrail istiqamətində ilk ballistik raket dalğasını buraxdığı bildirilib.
“İnformator.az” xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, İsrail istiqamətində təxminən 30 raket atılıb.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.
***
İsrailin "12-ci kanal"ı xəbər verir ki, İsrailin şimalında partlayışlar baş verib.
***
İsrailin HHM sistemləri İran raketini zərərsizləşdirib, zərərçəkən yoxdur.
Bu barədə "Tayms of İsrail" nəşri məlumat yayıb.
"Ölkənin Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, İrandan İsrailin mərkəzi hissəsinə doğru buraxılmış bir raket HHM vasitələri tərəfindən zərərsizləşdirilib", - nəşr bildirir.
Məlumata görə, İrandan ballistik raketlərin buraxılmasından sonra İsrailin şimalında yenidən sirenlər işə düşüb.
***
İsrailin şimalı fasiləsiz atəşə tutulur.
Bu barədə İsrail KİV məlumat yayıb.
