00:00:00
Yazar
Admin User
06.06.2025 04:51 139 1 dəq oxuma
Dünya

İsrail İrana nüvə sazişi müzakirə olunduğu müddətdə hücum etməyəcək

İsrail İrana nüvə sazişi müzakirə olunduğu müddətdə hücum etməyəcək

İsrail hakimiyyəti Ağ evi əmin edib ki, ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə proqramı ilə bağlı danışıqların uğursuz olduğunu bildirənədək İran obyektlərinə zərbə endirməyəcək.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.


Onların məlumatına görə, keçən həftə Vaşinqtona səfəri zamanı strateji planlaşdırma naziri Ron Dermer, İsrail kəşfiyyatı "Mossad"ın başçısı David Barnea və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Sahi Haneqbi Amerika hakimiyyətinə yəhudi dövlətinin müvafiq qərarı barədə məlumat veriblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər