00:00:00
Yazar
Admin User
20.06.2025 10:04 112 1 dəq oxuma
Dünya

İsrail İranın qərbindəki 35-dən çox raket anbarını sıradan çıxarıb

İsrail İranın qərbindəki 35-dən çox raket anbarını sıradan çıxarıb

İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 50 qırıcı təyyarəsi İranın nüvə proqramı ilə əlaqəli "prioritet hədəfləri", eləcə də Tehranda raket hissələrinin istehsal olunduğu obyektləri bombalayıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.

 

Eyni zamanda, İsrailin müdafiə naziri İsrael Kats ordunun İrana qarşı hücumlarının intensivliyinin artırılması, o cümlədən "rejimi destabilizasiya etmək" üçün göstəriş verib.


Öz növbəsində, İran İslam Respublikasının Səhiyyə Nazirliyi açıqlama verərək bildirib ki, bu səhər Tehranda yerləşən bir xəstəxana Yəhudi dövləti vasitəsilə həyata keçirilən raket hücumuna məruz qalıb.

 

İsrail Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İranın qərbində yerləşən raket anbarlarına və raket buraxılış sistemlərinə hücum edib.

 

"İnformator.az" xəbər verir ki, bununla bağlı məlumat İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında dərc edilib. 

 

"25-dən çox qırıcı İranın Təbriz və Kirmanşah bölgələrində 35-dən çox raket anbarını və infrastruktur obyektini məhv edib", - məlumatda qeyd olunur. 

 

Məlumatda həmçinin bildirilir ki, zərbələrin hədəfləri İsrail Hərbi Kəşfiyyat İdarəsi vasitəsilə müəyyən edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər