00:00:00
Yazar
Admin User
19.09.2025 17:33 101 1 dəq oxuma
Siyasət

İsrail Livana zərbələr endirməyə başlayıb

İsrail Livana zərbələr endirməyə başlayıb

İsrail ordusu Livana qarşı kütləvi hərbi əməliyyatlara başlayıb. Hava və dəniz zərbələri nəticəsində müxtəlif bölgələrdə dağıntılar baş verib. Livan tərəfi hücumlara cavab olaraq ehtiyat tədbirləri görür və vətəndaşları təhlükəsiz ərazilərə köçürməyə çalışır. Beynəlxalq ictimaiyyət vəziyyətin gərginləşməsindən narahatdır və tərəfləri sülh yolu ilə məsələni həll etməyə çağırır.

 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda Yaxın Şərq regionunun yenidən dizayn olunması prosesi gedir və bu proses ABŞ-nin nəzarəti altında həyata keçirilir:

 

"ABŞ Yaxın Şərqdə İsrailin tam təhlükəsizliyini təmin edəcək bir situasiya yaratmağa çalışır və bu məqsədlə İsrailə hərtərəfli dəstək göstərir, həm hərbi texnika, həm də hərbi təlimatlarla təmin edir. Buna görə İsrail qonşu ölkələrə asanlıqla zərbələr endirir və xüsusilə Qazax bölgəsində ciddi dağıntılara səbəb olur. Buna görə də hesab etmək olar ki, Yaxın Şərqdə sülh və sabitliyin yaranması üçün ilk növbədə ABŞ-nin hərəkət etməsi vacibdir. Əgər ABŞ İsraildən zorakılığı dayandırmağı tələb etsə, İsrail də qonşu ölkələrə zərbələri dayandıracaq və Qazaxdakı dağıdıcı hərbi əməliyyatları sona çatdıracaq. Bu baxımdan, Yaxın Şərqdə vəziyyətin normallaşdırılması və hadisələrin dayandırılması məsələsində ABŞ həlledici faktor rolunu oynayır".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər