00:00:00
Yazar
Admin User
08.10.2025 12:01 139 1 dəq oxuma
Dünya

İsrail öhdəliklərini yerinə yetirməyib

İsrail öhdəliklərini yerinə yetirməyib

HƏMAS nümayəndə heyətinin rəhbəri Xəlil əl-Hayye bildirib ki, İsrail Qəzza zolağına hücumların dayandırılması ilə bağlı əvvəlki öhdəliklərini yerinə yetirməyib. O, hücumların tam dayandırılması üçün “real təminat” tələb etdiklərini vurğulayıb.


Hayye qeyd edib ki, HƏMAS Trampın planına uyğun olaraq fələstinli məhbuslar müqabilində Qəzzadan çəkilməyə və israilli məhbusları azad etməyə hazırdır. Lakin İsrail humanitar yardımları əngəlləməyə davam edir və əvvəlki razılaşmaları pozub.


HƏMAS nümayəndəsi beynəlxalq ictimaiyyəti və ABŞ-ni Fələstin xalqı üçün real təminatlar verməyə çağırıb. O, hücumların sona çatmasını və Fələstin xalqının bölgədə sabit həyat sürməsini istədiklərini bildirib.


TRT XƏBƏR
Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər