İsrail ordusu bu ölkənin dərinliklərinə irəliləyir
İsrail qüvvələri 120 kilometrlik sərhəd boyunca bir neçə istiqamətdə - qərb, mərkəzi və şərq sektorlarından - Livan ərazisinin dərinliklərinə doğru irəliləyir.
"İnformator.az" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, Hizbullah ən yeni silah və texnikalarla sahib ordunu dayandıra bilməyəcəyini bilir və buna görə də partizan taktikalarına güvənir.