00:00:00
Yazar
Güllər Gülhüseynova
23.04.2026 09:58 13 1 dəq oxuma
Dünya

İsrail Ordusu "Hizbullah"ın obyektinə zərbələr endirib

İsrail Ordusu "Hizbullah"ın obyektinə zərbələr endirib

İsrailin Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" radikal qruplaşmasının hərbi obyektinə və onun ərazisini tərk edən avtomobilə zərbələr endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin "Telegram" kanalında bildirilib.

 

"Hərbçilər Livanın cənubunda "Hizbullah" tərəfindən istifadə olunan hərbi obyekti tərk edən iki nəqliyyat vasitəsini qeydə alıblar. Avtomobillərdəki yaraqlılar ön müdafiə xəttini keçərək qoşunların mövqelərinə yaxınlaşıblar ki, bu da onların təhlükəsizliyinə birbaşa təhdid yaradıb. Həmin şəxslərin atəşkəs rejimini pozduğu və birbaşa təhdid yaratdığı təsdiqləndikdən sonra, İsrail Hərbi Hava Qüvvələri avtomobillərdən birini, eləcə də həmin şəxslərin çıxdığı obyekti vurub", - məlumatda deyilir.

 

Hərbçilər həmçinin endirilən zərbələr nəticəsində iki jurnalistin yaralandığını bildiriblər.

 

"İsrail Müdafiə Ordusu mətbuat nümayəndələrinə zərbələr endirmir və öz hərbçilərinin müdafiəsini təmin etməklə yanaşı, onlara dəyən zərəri minimuma endirmək üçün bütün zəruri addımları atır", - ordunun mətbuat xidmətindən qeyd olunub.

 

#gündəm #obyektinə #endirib #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər