İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində 16 fələstinlini nəzarətə alıb
Fələstinin rəsmi agentliyi WAFA-da yayımlanan xəbərə görə, İsrail əsgərləri Əl-Xəlifin cənub-qərbində yerləşən Dura qəsəbəsinə bağlı Ən-Namus əl-Fevqa məhəlləsinə basqın təşkil ediblər.
Basqın zamanı Cihad əs-Sabbar və onun oğulları Feysəl və Fadini nəzarətə alan İsrail əsgərləri, fələstinlilərin fidanlıqlarındakı kənd təsərrüfatı məhsulları və gübrələrə də əl qoyublar.
İsrail qüvvələri, həmçinin Dura qəsəbəsinin Deyr əl-Asəl ət-Taxta kəndinə də basqın edərək 9 nəfəri nəzarətə alıblar.
Əl-Xəlifin cənub-qərbində yerləşən Beyt Avva qəsəbəsinə etdikləri basqın zamanı 2 nəfəri nəzarətə alan İsrail qüvvələri, şəhərin şimalındakı Halhul qəsəbəsində də 2 nəfəri nəzarətə alaraq naməlum bir yerə aparıblar.
İsrail əsgərlərinin evlərə etdikləri basqınlar zamanı daxildəki əşyalara da ziyan vurduqları qeyd olunub.
TRT Haber
Xəlilli Nigar