İsrail ordusu Livanda jurnalistləri hədəf alıb
Livanın Baş naziri İsraili ölkənin cənubunda həyata keçirilən hava hücumları zamanı hərbi cinayətlər törətməkdə ittiham edib.
Rəsmi məlumata görə, Tayri qəsəbəsində yaşayış binasına endirilən zərbə nəticəsində “Al Akhbar” qəzetinin əməkdaşı Amal Xəlil həlak olub, fotojurnalist Zeynəb Fərəc isə ağır yaralanıb.
Bildirilib ki, hücum jurnalistlərin sığındığı binanı hədəf alıb. Livan tərəfi hadisəni beynəlxalq hüququn pozulması və media nümayəndələrinə qarşı cinayət kimi qiymətləndirib.
CNN News
Ədilə Hüseynzadə