İsrail ordusu Livanın Bekaa bölgəsinə hava zərbələri endirib
İşğalçı İsrail ordusunun atəşkəsə baxmayaraq Livanın cənubundakı Bekaa bölgəsində bəzi nöqtələrə hava hücumu təşkil etdiyi açıqlanıb.
Livan rəsmiləri hücum və itkilərin olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib. Bu arada, sosial mediada yayılan videolarda İsrailin hava hücumlarından sonra Bekaada bir çox nöqtədən tüstünün qalxdığı əks olunub. İsrail ordusu da yazılı açıqlama ilə hücumu təsdiqləyib.
TRT xəbər
Zəhra Möhübbətova