İsrail ordusu Qəzza, Rəfə və Xan Yunisə hava hücumları təşkil edib
Atəşkəsə baxmayaraq, qatil İsrail ordusu Qəzza şəhərinə, Xan Yunisə və Rəfəyə hava hücumları təşkil edərək yaşayış yerlərini partladıb.
Yerli mənbələrə görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsinə hücum edib. Hava hücumları ilə eyni vaxtda İsrail əsgərləri ərazidəki binaları partladıb. Bu ərazilər həmçinin İsrail ordusunun helikopterləri və yaxınlıqdakı hərbi maşınlar şiddətli atəşə məruz qalıb.Hücumda ölən və ya yaralananların olub-olmadığı barədə hələlik heç bir məlumat verilməyib. İsrail ordusu 10 oktyabrda əldə edilən atəşkəs razılaşmasına uyğun olaraq Qəzzanın təxminən 50%-ni təşkil edən "Sarı Xətt" ərazisinə çəkilib.
Fələstinlilərin girməsinə icazə verilməyən İsrailin işğal etdiyi bu ərazilərdə həftələrdir oxşar bombardman və dağıntılar davam edir.
Qəzza hökumətinin mətbuat ofisinin məlumatına görə, İsrail 10 oktyabrdan bəri razılaşmanı təxminən 500 dəfə pozaraq ən azı 347 fələstinlini öldürüb.
TRT Xəbər
Xədicə Məhərrəmli