00:00:00
Yazar
Admin User
12.11.2025 16:27 166 1 dəq oxuma
Dünya

İsrail parlamenti terrorçulara ölüm cəzasını qəbul edib

İsrail parlamenti terrorçulara ölüm cəzasını qəbul edib

İsrail parlamenti - Knesset, terror aktlarına görə ölüm cəzasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. 120 deputatdan 39-u lehinə, 16-sı əleyhinə səs verib.

 

Layihə “Yəhudi Gücü” koalisiyasının deputatı Limor Son Har-Meleç tərəfindən təqdim olunub və irqçi və nifrət motivli cinayətlərdə ölüm cəzasını nəzərdə tutur. Qanun qəbul olunsa, İsraildə ölüm hökmü yenidən qüvvəyə minəcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,əslində demokratiyada, demokratik sistemlərdə, məncə, ölüm hökmü, ölüm cəzası olmamalıdır:

 

"Ölüm cəzası daha çox avtoritar siyasi sistemlərə uyğundur. Beləliklə, İsrail həm daxildə hakimiyyətə qarşı formalaşmış narazılıq axınını azaldır və xalqda xof yaradır. Adı terrorçuluq olsa da, istənilən insanın boynuna terrorçu damğası vurub onu edam etmək mümkündür. Beləliklə, xalqın narazı kəsimini elə bil ki, tormuzladır. İkinci bir tərəfdən, mən düşünmürəm ki, baş nazir buna istəyərək gedib. O, məcbur olub buna. Çünki, bu riskli bir qərardır. Demokratik dövlətlər, Qərb dövlətləri İsraillə bağlı da bunu qınaya bilərlər. İsrail də bunu bilə-bilə bu addıma gedərsə, deməli məcbur olub. Daxildə xof yaratmaqla yanaşı, daxildəki narazılığı artıra da bilər müəyyən mənada".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər