00:00:00
Yazar
Admin User
02.05.2023 19:59 337 1 dəq oxuma
Dünya

İsrail Qəzza zolağına hava zərbələri endirib

İsrail Qəzza zolağına hava zərbələri endirib

İsrail Qəzza zolağından atılan raketlərə cavab olaraq hava zərbələri ilə Qəzza zolağında bəzi nöqtələrə zərbələr endirib.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, gün ərzində Fələstinin Qəzza zolağından İsrailə raket atılmasından sonra İsrail hərəkətə keçib. İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada ölkənin cənubuna atılan 37 raketə cavab olaraq Qəzza zolağına hava zərbələri endirdiyi bildirilib.

 

Fələstinin təhlükəsizlik mənbələri isə İsrailin Qəzzanın şimal-qərbindəki Əl Safina, Cəbaliyə və Əl-Baydar bölgələrini hədəf aldığını bildirib. Hücumlar nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.

 

Qeyd edək ki, 86 gündür aclıq aksiyası keçirən fələstinli məhbus Xader Adnanın İsrail həbsxanasında vəfat etməsindən sonra İsrail-Fələstin arasında gərginlik artıb. Bu hadisədən sonra Qəzza zolağından İsrailin cənubuna 37 raket zərbəsi endilirib. Atılan raketlər nəticəsində 12 nəfər yaralanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər